Türkiyədə rus turistlərin avtobusu qəzaya uğradı

Türkiyənin Muğla şəhərində 29 rusiyalı turistin olduğu avtobus qəzaya uğrayıb.

Türkiyə KİV-in xəbər verir ki, hadisə zamanı ölən olmayıb.

Məlumata görə, qəza Köycehiz gölü yaxınlığında baş verib.

“Avtobus betonqarışdıran maşına çırpılıb. Ölənlər olmayıb, bəzi turistlər xəsarət alıb”, – deyə Türkiyə KİV-i yazır.