İsrailin İranla müharibə dövründə tətbiq etdiyi toplaşma qadağası səbəbindən Məscidül-Əqsada bayram namazının qılınmasının mümkün olmaması fələstinlilərin narazılığına səbəb olub. Fələstinlilər bayram namazını Məscidül-Əqsaya ən yaxın ərazilərdə qılmaq üçün işğal altında olan Şərqi Qüdsün Köhnə Şəhər bölgəsinin yaxınlığında toplaşmağa çağırış ediblər. Bu barədə “Zafertv.az” “T24” xəbər agentliyinə istinadən məlumat verir.
İsrail polisi Ramazan ayında Məscidül-Əqsada ibadətin məhdudlaşdırılmasına etiraz olaraq Köhnə Şəhərin qala divarları önündə təravih namazı qılan fələstinlilərə qarşı dəyənək, səs qumbarası və gözyaşardıcı qazdan istifadə edərək sərt müdaxilə etmişdi.