Yunanıstan ABŞ-a F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması ilə bağlı rəsmi müraciətlə məktub göndərib.
Bu barədə “Associated Press” agentliyi xəbər verib.
NATO-nun Madriddə keçirilən sammiti zamanı Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib.
“Bu prosesin bir hissəsi sorğu məktubu göndərməkdir. Və bu yaxınlarda göndərdik”, – deyə baş nazir bildirib.