Ruslar vurulan aviabazadan hələ də istifadə edir

Rusiya işğal etdiyi Melitopol şəhərinin yaxınlığındakı aviabazadan hələ də istifadə edir.

Bu barədə ABŞ-ın “Black sky” özəl aerokosmik şirkəti peyk görüntüləri yayıb.

“Xerson və Mariupol şəhərləri ilə Donbasın bəzi hissələri arasında strateji mövqedə yerləşməsi həmin aviabazanın ruslar üçün əhəmiyyətini artırır. Amma bazanın işğal olunan ərazilərin arxa cəbhəsində yerləşməsi Rusiyaya məxsus təyyarələrin təhlükəsizliyinə zəmanət vermir”, – məlumatda deyilib.

Xatırladaq ki, martın sonunda Ukrayna qüvvələri hava limanına hücum edərək Rusiyaya aid bir neçə hərbi helikopteri məhv etmişdi. Bundan sonra Rusiya təyyarələrinin böyük hissəsi hava limanını tərk etmişdi.