Bədnam “Daş(nak) Yuxular”ının müəllifi Nobel mükafatı arzusuna doğru iri addımlarla irəliləyir…
Söhbət köhnə-yeni ədəbiyyatımızın “canlı meyit”i Əkrəm Əylislidən (və yaxud, sosial şəbəkə istifadəçilərinin leksikonu ilə desək, Əkrəm Agulisyandan) gedir. Adam Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 2026-cı il üzrə Ədəbiyyat Mükafatına layiq görülüb. Rəsmi açıqlamaya görə, “EBRD Literature Prize” adlanan bu mükafat Ə.Əylisliyə onun sovet dövründə yazdığı “Adamlar və ağaclar” trilogiyasına görə verilib. Ancaq erməni mediası isə bildirir ki, bu mükafatı ona “Daş(nak) yuxular”ına görə veriblər.
Bu mükafatın məhz ilin-günün bu vaxtında, bu vədəsində sözügedən satqın yazarımıza verilməsi heç də təsadüfi deyil. Əkrəm Əylisli vətəndaş kimliyi və ədəbi bioqrafiya baxımından Azərbaycan yazıçısı olsa da, lakin onun müstəqillik dövrümüzdəki antimilli mövqeyi və xüsusilə də məlum “Daş(nak) yuxular”ı əsəri işğal dövründəki ideoloji mübarizəmizə və informasiya savaşımıza ağır zərbə vurub. “Daş(nak)nak yuxular”ı həqiqətən də heç vaxt və heç cürə bağışlanmayacaq bir qələm nümunəsi, ədəbi təxribat hadisəsidir. Bu zəhərli cızmaqaranı yazıb ortaya çıxardıqdan sonra köhnə Əkrəm Əylisli (sovet dövründəki Əkrəm Əylisli) öldü və yeni – ermənipərəst Əkrəm Əylisli peyda oldu.
Ancaq indi Avropa Yenidənqurma və İnkişaf Bankının təqdim etdiyi mükafat köhnə Əkrəmin köhnə zamanlarda (keçmiş SSRİ dönəmində) yazdığı əsərə görə verilib. Bu, ilkin mərhələdir. Maraqlıdır, bəs növbəti mərhələdə bu dırnaqarası “azərbaycanlı” yazıçıya, görəsən, hansı ödülü verməyi düşünürlər? Yeni Əkrəmin yazdığı “Daş(nak) yuxular”ına görə hansı mükafat nəzərdə tutulur? Bu gedişlə Əkrəmə Buker mükafatı da, Pulitser də və hətta Nobel ödülü də verilə bilər. Və heç şübhəsiz ki, erməni lobbisi bu hədəfə nail olmaq üçün əlindən gələni edəcək. Çünki görünən budur ki, ortada çox hiyləgər bir plan var.
Biz Qarabağ və Şərqi Zəngəzuru azad etsək də, lakin Azərbaycana qarşı informasiya savaşı dayanmayıb. Əksinə, bizə qarşı informasiya savaşının yeni mərhələsinə start verilib. Ermənistanın işğalçılığını ört-basdır etməyə və erməniləri humanist, azərbaycanlıları isə “vəhşi” xalq kimi göstərməyə xidmət edən “Əkrəm qələmi” hər fürsətdə Azərbaycana qarşı istifadə ediləcək. Bu kampaniya həm də Qərbi Azərbaycana qayıdışımıza qarşı yönəlib. Xain Əkrəmin “Daş yuxular” roman-rekviyemində ötən əsrin 80-90-cı illərinin qovşağında Bakıda baş verən hadisələr təsvir olunarkən, Ermənistandan deportasiya olunub Bakıya gələn qaçqın azərbaycanlıların “yerazlar” ifadəsi ilə mənfi, aqressiv və radikal obrazda təqdim edilmələri heç də təsadüfi deyil. Revanşist-millətçi erməni dairələri bu faktdan azərbaycanlılarla ermənilərin guya bir-birilə uyuşmazlıqlarını qabartmaq və beləliklə də, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını əngəlləmək üçün istifadə edəcəklər. Başqa sözlə desək, Əkrəmin “Daş(nak) yuxular”ı millətimizin gələcək taleyinə qarşı hesablanmış “gec partlayan mina”dır. Əkrəm özü günün birində gəbərib cəhənnəmə vasil olsa da, lakin onun qələminin qondardığı daşnak təxribatı isə hələ uzun illər bizim əleyhimizə işləyəcək.
Əlisahib Hüseynov
Mili Həmrəylik Komitəsinin sədri