Bayraqdar ABŞ şirkətinə meydan oxudu

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraqdar yeni yaradılan və dəniz platformalarında enmə və qalxma qabiliyyətinə malik “Bayraqdar TB3”-dən danışıb.

Səlcuq Bayraqdar ABŞ şirkətinin “Bayraqdar TB3”-ü təkrarladığını deyib.

“Amerika şirkəti ilk olaraq qısa uçuş zolağı olan gəmilər üçün istehsal edəcəyi xəbərini yaydı, amma görək bunu ilk kim edəcək”, – Bayraqdar bildirib.

Qeyd edək ki, ABŞ-ın “General Atomic” şirkəti tərəfindən istehsal olunan MQ-9B STOL PUA-sı bir neçə gün öncə təqdim edilmişdi.