Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili saxlanıldığı 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən müalicə alması üçün Tbilisidəki “Vivamedi” klinikasına köçürülüb.
Aktual.ge xəbər verir ki, bu barədə klinika məlumat yayıb.
Bildirilib ki, Mixeil Saakaşvilinin köçürülməsi ilə əlaqədar klinikada təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Mixeil Saakaşvilinin yerləşdiriləcəyi palatanın hazır olduğu bildirilib.