Bakıda DƏHŞƏTLİ QƏZA: 22 yaşlı oğlan ÖLDÜ

Bakıda 22 yaşlı oğlan qəzada ölüb.

Hadisə Xəzər rayonu ərazisində baş verib.

2003-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Sahib oğlu Əliyev özünə məxsus VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Eldəniz Abuzər oğlu Əliyevin idarə etdiyi “Ford Transit” markalı maşına arxadan çırpılıb.

Nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.  (Oxu.Az)