Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, Akif Nağıyev idarə etdiyi “VAZ 2104” markalı avtomobillə piyada Səyyaf Şirinovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.