Qubada 47 yaşlı kişi intihar edib

Quba rayonunda 47 yaşlı kişi özünü öldürüb.

“Report” xəbər verir ki, 1976-cı il təvəllüdlü Niyət Qədirov yaşadığı evin bağ sahəsində intihar edib.

İlkin araşdırma zamanı şəxsin spirtli içki aludəçisi olduğu, əvvəllər də bir neçə dəfə intihara cəhd etdiyi müəyyən edilib.

Faktla araşdırma aparılır.