Rusiya yüksək dəqiqlikli raket istehsalını artırmağa başlayıb.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Düşmənlər, istifadə etdiyimiz sursatı və ehtiyatımızı diqqətli şəkildə hesablamağa davam edir. İmkanlarımızın tükənəcəyinə əbəs yerə ümid edirlər. Davam edəcək. Hər kəsə çatacaq qədər var”, – deyə o bildirib.