Nazirlikdən qripə yoluxanlara ÇAĞIRIŞ

“İnsanlar qripə yoluxanda ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxana şəraitində müalicə almalıdırlar”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip ağır qrupa daxil olan xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir:

“Qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə azdır”.