Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov kollektivə təqdim olunub.
Onu kollektivə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təqdim edib.
Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Xatırladaq ki, bundan əvvəl sözügedən QSC-nin sədri Cavid Qurbanov olub.