Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik – Türkiyə səfirliyi

“Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik”.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tviterdə etdiyi paylaşımda bildirilib.

Diplomatik nümayəndəlik Azərbaycan dövlətini və xalqını təbrik edib.

“Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik”, – təbrikdə vurğulanıb.