Azərbaycandan qeyri-qanuni pul köçürülmələri çoxdur.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin plenar iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, hər il də bu rəqəm artır:
“DSX və DTX-da bununla bağlı cinayət işləri açırlar. Lakin bəziləri yenə də müəyyən yollar taparaq Azərbaycandan xaricə külli miqdarda pul çıxarır. İnsanlar 30 ildə vəsait qazanıblar, həmin pulların da əksər hissəsi xaricə çıxarılır, orada mülk və obyektlər alırlar. Lakin bunun Azərbayacana heç bir xeyri yoxudr”, – deputat əlavə edib.