Fransanın müdafiə naziri Sebastian Lekornu erməni həmkarı Suren Papikyanla görüşüb.
Bu barədə Fransa müdafiə naziri məlumat yayıb.
“Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul etdim. Biz Ermənistan-Azərbaycan sərhəddində hərbi əməliyyatların dayandırılmalı, Azərbaycan qüvvələrinin ilkin mövqelərinə qayıtmalı olduğunu müzakirə etdik. Vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin tez bir zamanda Ermənistana göndərildiyini söylədim”, – nazir bildirib.