Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.
Deputat bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar:
“Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.