Bayden pandemiyanın bitdiyini elan etdi

ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyasının sona çatdığını elan edib.

Bu barədə Co Bayden CBS telekanalına müsahibəsində deyib.

“Pandemiya bitdi. Ancaq bizim hələ də COVİD-lə bağlı problemlərimiz var. Ona görə də bunun üzərində çox işləyirik. Fikir verirsizsə, heç kim maska ​​taxmır, görünür, hamı yaxşı vəziyyətdədir”, – o bildirib.