Rusiyaya NATO üzvlüyü təklif etmişdim… – Klinton

NATO-nun Şərqi Avropaya genişlənməsi regionda əvvəlki böhranın qarşısını aldı.

Bunu ABŞ-ın keçmiş prezidenti Bill Klinton deyib.

“Düşünürəm ki, biz lazımi anda doğru addım atdıq. Əgər biz bunu etməsəydik, böhran daha tez baş verə bilərdi”, – Klinton bildirib.

Klinton Rusiyaya terror təşkilatlarına kimyəvi, bioloji və nüvə silahı satan avtoritar ölkələrə qarşı qüvvələri birləşdirməyi təklif etdiyini deyib:

“Mən Rusiyaya təkcə NATO-nun xüsusu tərəfdaşlığını yox, üzvlük təklif etmişdim”.