Balakəndə ağır qəza: 1 ölü, 3 yaralı

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Report xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.