Bu gün 41 dərəcə isti olacaq

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 35-38°, Bakıda gecə 24-26°, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 41° isti olacaq.