Azərbaycanda 25 yaşlı oğlanı “tok“ vurub öldürdü

Goranboy sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1997-ci il təvəllüdlü Hüseynov Sərxan İlham oğlu əmisinə məxsus fərdi yaşayış evinin həyətində elektrik naqilinə əlavə işıq patronu quraşdırmaq istəyərkən elektrik cəryanı vurması nəticəsində ölüb.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.