Azər Zahid təhqir etdiyi qazidən üzr istədi

Aparıcı Azər Zahid “sən onsuz da pulu saya bilməyəcəksən” dediyi qazidən üzr istəyib.

“Yeni Sabah” ShowNews.az-a istinadla bildirir ki, aparıcı qazi Amillə TikTok-dakı verilişində canlı yayıma çıxaraq ondan dəfələrlə üzr istəyib.

22 yaşlı Amil Qarabağ müharibəsində düşmən postunda minaya düşərək ağır yaralanaraq iki gözünü itirib  və 3 gün komada qalıb.

Xatırladaq ki, məlum görüntülər sosial şəbələkələrdə yayılandan sonra izləyicilər tanınmış aparıcını qaziyə qarşı hörmətsizlikdə ittiham etmişdilər.