Ər qəza törətdi, arvadı öldü

İyulun 27-də saat 21 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində kənd sakini F.Tağıyevin və Qovlar şəhər sakini Rəmzi Əliyevin idarə etdikləri “VAZ-2106” markalı iki avtomobil toqquşub.

Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, nəticədə F.Tağıyevin sərnişinlərindən həyat yoldaşı Rəna hadisə yerində ölüb.

Özü və 2 sərnişini, eləcə də digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.