Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metrostansiyası istiqamətində
Binəqədi şosesi – “Azadlıq prospekti” metrostansiyası istiqamətində
Ziya Bünyadov prospekti – Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində
Əbdülvahab Salamzadə küçəsi – Ziya Bünyadov prospekti istiqamətində
Tiflis prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində
Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində
Qara Qarayev prospekti – “Qara Qarayev” metrostansiyasıdan “Koroğlu” metrostansiyası istiqamətində
Heydər Əliyev prospekti – kənar yol, mərkəz istiqamətində.