ATU-da həkim reabilitoloqlar hazırlanacaq

“Yeni tədris ilindən etibarən Azərbaycan Tibb Universitetində beynəlxalq standartlara cavab verən həkim reabilitoloqlar hazırlanacaq”.

“Report”un xəbərinə görə, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov “Azərbaycanda əlilliyi olan şəxslərin reabilitasiyası sistemində islahatlara dəstək” adlı layihənin təqdimatı zamanı deyib.

O qeyd edib ki, bu işdə Avropa İttifaqının təcrübəsindən istifadə olunacaq.