Rusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar.
Balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib.
Qeyd olunub ki, son illərdə Xəzərdə kütüm ehtiyatlarının azalması müşahidə olunur. Belə ki, 2017-ci ildə 52 tondan çox ov edilibsə, 2021-ci ildə bu rəqəm 18,5 ton təşkil edib. Bu günə qədər kütüm ehtiyatı 211 min ton təşkil edir.