Tədbirdə Millət vəkili Vüqar isgəndərov , Dövlət qulluqçusu Elvin Dadaşov, Veteranlar təşkilatı İctimai Birliyinin sədri, Azərbaycan Tank Taborunun ilk komandiri
Hacı Azimov çıxış edib. Tədbirdə iştirak edən şəhid analarından
Şəhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur xanım çıxışında şəhid ailələri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirdə Beynəlmiləl Əlil döyüşçülər fondunun vitse-prezidenti döyüşçü ,qazi ,Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev, Sabunçu rayon şöbəsinin sədr müavini döyüşçü, qazi Elşən Ələkbərov və qazi ,döyüşçü Polkovnik Elşən Məhərrəmov, Qazilər Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-nin sədri Ceyhun Ağayev . Qazi Elvin Rəsulov ,Cavid Hüseynov Qazi Vidadi Əliyev ,Ülfət Həsənov və bir çox vətən müharibəsi qazisi və şəhid ailələri iştirak edib.
Bundan başqa Şəhid mayor Kərimov Talehin həyat yoldaşı Nəzakət xanım, Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə,Şuşa, Çanaqqala, Şəhid ailələri və Qazilərə Dəstək İB-nin sədri Həsənova Pərvanə xanıma və Tədbirin təşkilində fəallıq göstərən reabilitoloq,Dünya Ana və Uşaqlar İB-nin müavini Afaq Yaqubova da çıxış edib.
Tədbirin bədii hissəsində Xalq artisti Könül Xasıyeva ,Əməkdar artist İnara Babayeva ,gənc müğənni Şəbnəm Turan ,Əli Əzizoğlu və Sevinc Şuşalı vətənpərvər ruhda musiqilər ifa edib məktəblilər şeirlər səsləndiriblər. Sonra vətənpərvər gənclərə Xəbərtime.az saytının rəhbəri Yeganə Telmanqızı Fəxri Diplom təqdim edib . Sonda isə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva qonaqlara öz dərin təşəkkürünu bildirib. Tədbirə ev sahibliyi edən Bakı Gənclər mərkəzinin direktoru Nərgiz Babayevaya və tədbirə dəstək göstərən General Hilal Nəcəfova şəxsi minnətdarlığını bildirib.
Bu cür maarifləndirici tədbirləri davamlı olaraq cəbhə bölgələrində ,rayonlarda da keçiriləcəyini nəzərdə tutulduğunu söyləyib. Tədbirin sonunda qonaqlar xatirə şəkilləri çəkdirib.








