Ukraynada müharibə can almağa davam edərkən dünyanın gözü Baltikyanı bölgədədir. Bölgədəki Baltops-22 hərbi təlimindən yeni görüntülər yayılıb.
Axar.az xəbər verir ki, hərbi təlimdə İsveç və Finlandiyadan, həmçinin Türkiyə də daxil olmaqla 14 NATO ölkəsindən 7 minə yaxın hərbçi və 45 gəmi iştirak edib.
ABŞ dəniz piyadaları NATO-nun Baltik dənizindəki təlimləri çərçivəsində İsveçə məxsus Qotland adasında hava və dənizdə desant əməliyyatları həyata keçirib.
Bu “döyüş oyunu” Rusiyaya qarşı hədə-qorxu kimi qələmə verilir.