Sabirabadda məktəbli qız ərə verildi

Sabirabad rayonunda 9-cu sinif şagirdinin toyu olub.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, məktəbli qızın toy məclisi ötən gün baş tutub:

“Sabirabad rayonunun Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir”.