Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Report xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1997-ci il təvəllüdlü R.Abdullayevi avtomobil vurub. O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.