Yasamalda 22 yaşlı gənc intihara cəhd edib

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Şəfayət Mehdiyev küçəsində 2000-ci il təvəllüdlü S.Musalı özünə ülgüclə çoxsaylı xəsarətlər yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki saidin çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.