ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini Hörmüz boğazı məsələsində yavaş hərəkət etməkdə günahlandırdı və onları “qorxaq” adlandırdı.
Tramp 20 martda özünün Truth sosial media platformasında “ABŞ-sız NATO Kağız Pələngdir! Onlar nüvə silahına malik İranı dayandırmaq üçün mübarizəyə qoşulmaq istəmirdilər” paylaşımını etdi.
Donald Tramp müharibənin qazanıldığını iddia etdiyi bir paylaşımda Hörmüz boğazının “sadə bir hərbi manevr” ilə açıla biləcəyini, lakin bu ölkələrin kömək etmək istəmədiyini iddia etdi. Bu barədə “Zafertv.az” “BBC News”a istinadən xəbər verir.
Tramp dedi: “Bu, onlar üçün nə qədər asan və risksiz olardı. QORXAQLAR, və biz bunu UNUTMAYACAQ!”
Qısa müddət sonra Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp İranın donanmasını, hava qüvvələrini, zenit sistemlərini, radarlarını və liderlərini sadalayaraq dedi: “Hamısı yoxa çıxıb”.
Artıq orada heç kim lider olmaq istəmir. Biz onlarla danışmaq istəyirik, amma danışacaq heç kimimiz yoxdur. Və biz buna sevinirik”, – deyə o əlavə edib.
Trump: “NATO ölkələri axmaqcasına səhvə yol veriblər”.
-
Bəzi Avropa ölkələri, Yaponiya və Kanada 19 martda Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsinə dəstək verməyə hazır olduqlarını açıqladılar.
Birləşmiş Krallıq, Fransa, Almaniya, İtaliya, Hollandiya, Yaponiya və Kanada liderlərinin birgə bəyanatında İranın Körfəz ölkələrində mülki və enerji infrastrukturuna hücumları və Hörmüz boğazını “de-fakto bağlamaq” addımı pislənilib.