Bu rayonlar qazsız qaldı

Bu rayonlar qazsız qaldı

12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Sumqayıt-Yaşma” magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb.

Hazırda təmir-bərpa işləri aparılır.