Urmiya şəhərindəki zavodda qaz sızmasından 51 nəfər zəhərlənib.
Bunu Qərbi Azərbaycan Tibb Universitetinin Təcili Tibbi Yardım mərkəzinin rəis müavini Həşim Sayami deyib.
“Hazırda qazdan zəhərlənən 51 işçidən 4-ü xəstəxanaya yerləşdirilib, qalanlarının vəziyyəti stabildir, evə buraxılıblar”, – Sayami deyib.