Rusiya total hücuma keçib? – Ukraynada həyəcan elan edildi

Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat “Ukraynanın hava həyəcanı xəritəsi”ndə əksini tapıb.

Qeyd edək ki, səhər saatlarında Kiyev, Nikolayev, Kirovoqrad, Çerkassk, Poltava və digər vilayətlərdə hava həyəcanı işə düşmüşdü.