Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb. Hərəkətdə olan “Hunday” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı 1 qadın ölüb, xəsarət alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunun Zeyvə kəndində baş verən ağır yol qəzasında ölən və xəsarət alan bir nəfərin şəxsiyyəti məlum olub.
Report-un məlumatına görə, avtomobilin aşması nəticəsində 1938-ci il təvəllüdlü Nuridə Elyasova vəfat edib, 1950-ci il təvəllüdlü Səyalı Mustafayeva və daha 2 nəfər xəsarət alıb.