“Lukoyl”un Direktorlar şurasının sədri pəncərədən yıxılaraq ölüb

“Lukoyl”un Direktorlar Şurasının sədri, 64 yaşlı Ravil Maqanov Moskvadakı Mərkəzi Klinik Xəstəxanasında pəncərədən yıxılaraq ölüb.

Bu barədə “112” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Maqanov xəstəxananın 6-cı mərtəbəsində müalicə kursu keçirmiş.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.