Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.
Axar.az xəbər verir ki, zərbə nəticəsində 15 nəfər ölüb, 50-si yaralanıb.
Qeyd edək ki, Zelenski daha öncə Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi.
***
Çaplino dəmiryol stansiyasına endirilən raket zərbələri nəticəsində ölənlərin sayı 22-yə çatıb.
Bu barədə ölkə başçısı Vladimir Zelenski deyib.
“Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb”, – dövlət başçısı bildirib.