Ermənistanda kriminal qruplar arasında atışma: ölən var

Ermənistanın Armavir vilayətinin Eçmiədzin şəhərində silahlı insident baş verib.

Bu barədə “Şamşyan.com” məlumat yayıb.

Naməlum silahlı qruplaşmalar arasında atışmanın baş verdiyi bildirilib.

Atışma zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri tibb müəssisəsində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, polis hadisənin başvermə şəraitini araşdırır.