Neftçalada 69 yaşlı kişi kanalda boğuldu

Neftçala sakini su kanalında boğulub.

Report xəbər verir ki, hadisə Boyat kəndində qeydə alınıb. Kənd sakini, 1953-cü il təvəllüdlü Zakir Əyyub oğlu İbrahimov yaşayış məntəqəsinin ərazisindən keçən su kanalında boğulub.

Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.