Bakıda 82 yaşlı qadın binadan yıxıldı

Bakıda qadın ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxılıb.

 APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu,Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.