Azərbaycan hərbçilərinin Rusiya sülhməramlı qüvvələrinin maşın konvoyundan silahlari aşkar etməsi təəccüblü deyil. Qarabağdakı silahlı erməni birləşmələrinin silah və sursatla təmin edən məhz Rusiya sülhməramlı qüvvələridir. Bunu daima qeyd etmişik. Prezident İlham Əliyevin silahlı erməni birləşmələrinin çıxarılması və Rusiya sülhməramlı qüvvələrinin bunu həyata keçirməməsi mesajını verməsi təbii ki, hərəkətə keçilməli idi.
Bundan sonra, mütləq şəkildə sülhməramlıların fəaliyyətinə nəzarət etməliyik. 90-ci illərdə Qarabağda rus hərbiçilərinin necə “sülhu və təhlükəsizliyini” təmin etməsini yaxşı bilirik. Rusiya eyni ssenarini davam etdirir və Azərbaycana qarşı silahli separatizmin inkişafına təkan verir. Artıq, bu, keçərli olmayacaq.
Məhəmməd Əsədullazadə
Politoloq