Ağstafada ağır qəza – yaralılar var

Report xəbər verir ki, rayonun mərkəzi ərazisində 2 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Elşad Tağıyev, 1996-cı il təvəllüdlü Adil Orucov, 2002-ci il təvəllüdlü Xaliq Zeynallı və 1959-cu il təvəllüdlü Fərman Xəlilov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.