Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib.
Qaynarinfo.az xəbər verir ki, Natəvan İbrahimova karyerasına 2005-ci ildə “Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan “Veysəloğlu” Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik edib.
Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində OBA marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda “Veysəloğlu” Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.