Qazaxda ağır qəza – Sürücü öldü

İyulun 13-də saat 19 radələrində Qazax şəhəri ərazisində Çaylı kənd sakini İlham Sadıqov idarə etdiyi “Mercedes” markalı avtomobili yük avtomobilinə vurub və sonradan “VAZ-2107” markalı digər avtomobilə dəyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən İ.Sadıqov ölüb.

Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.