5 ayda 517 cinayət işinin istintaqı tamamlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən xəbərə görə, bu günün rəqəmi isə 517-dir.Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində prokurorluq orqanları tərəfindən 517 cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.