Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şossesində – (Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər)
2. Binəqədi şossesində – (Mərkəz, “Azadlıq prospekti” metro stansiyası istiqamətində)
3. Moskva prospektində – (Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər, kənar yolda)
4. Tiflis prospektində – (20 Yanvar dairəsindən Ak.Həsən Əliyev küçəsi istiqamətində, Salamzadə körpüsü ilə kəsişməyədək)
5. Rövşən Cəfərov küçəsində – (20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə gedən yolda)
6. Ziya Bünyadov prospektində – (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər, əsas yolda, 20 Yanvar dairəsi istiqamətində)
7. Heydər Əliyev prospektində – (“Koroğlu” metro stansiyasının qarşısından 5 saylı ASAN Xidmət mərkəzinin qarşısına qədər, əsas yolda)
8. Koroğlu Rəhimov küçəsində – (Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində).