Roma Papası Fransisk iyulun 24-dən 30-a planlaşdırılan Kanada səfərindən qısa müddət sonra Moskva və Kiyevə getmək istədiyini bildirib.
Bu barədə Reuters xəbər verib.
“Mən Ukraynaya getmək istərdim, amma əvvəlcə Moskvaya səfər etmək niyyətindəyəm. Bu barədə fikir mübadiləsi aparmışıq”, – Papa müsahibəsində deyib.
“Kanadadan qayıdandan sonra, bəlkə də Ukraynaya gedə bilərəm… İlk iş hansısa şəkildə kömək etməyə çalışmaq üçün Rusiyaya getməkdir, amma mən hər iki paytaxtı ziyarət etmək istərdim”, – o deyib.