Bakıda ayaqqabı sexi yandı

Bakıda ayaqqabı sexi yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Sabunçu rayonunda ümumi sahəsi 300 m² olan ayaqqabı istehsalı sexinin dam örtüyünün taxta atmaları 60 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.